Çərkəz İbrahim Paşa

Çərkəz İbrahim Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Silistrə əyaləti, Osmanlı imperiyası
Həyat yoldaşı Fatma Sultan
Uşaqları Həsən bəy
Mehmed bəy
Hafiz bəy
Seyid Mustafa bəy
Ruqiyyə xanım Sultan

Çərkəz İbrahim Paşa (ö. fevral 1697) — II Mustafa səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]

Həyatı

Əslən çərkəz olub, doğum tarixi məlum deyil. Dəvşirmə olaraq Sultan Mehmed dönəminin sonlarında Əndəruna alınaraq yetişdirilmişdir. 1695-ci ildə Adana sancaqbəyi olaraq saraydan ayrıldı. Həmin ilin sentyabrında Sultan Mehmedin qızlarından Fatma Sultanla nigahlandı. Ardından vəzir rütbəsi alaraq Silistrə bəylərbəyi oldu. Ancaq 1697-ci ilin fevralında əyalətdəki özbaşınalığı və zülmkarlığı səbəbilə kəndxudası Əhməd Paşayla birlikdə edam edildi.

Fatma Sultanla olan evliliyindən Ruqiyyə xanım Sultan (ö. 1720) adlı bir qızı dünyaya gəlmişdir ki, o da 1709-cu ildə Osman Paşa ilə evləndirildi. İlk evliliyindən isə Həsən bəy (ö. 1751), Mehmed bəy (ö. 1765), Hafiz bəy (ö. 1767) və Seyid Mustafa bəy (ö. 1781) adlı oğulları olmuşdur.

İstinadlar

  1. Sicill-i Osmani III, səh. 100

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!