Çənəli zəlilər

Çənəli zəlilər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Çənəli zəlilər (lat. GNATHOBDELLIDA) Zəli sinfinə aid dəstə.

Haqqında

Əksər zəlilər ağız boşluğunda çənələr inkişaf etmişdir. Çənələr üç ədəd olub, mişar kimidir. Mayalanmaları spermatoforlar vasitəsilədir. Tibb zəlisində cütləşmə orqanı vardır. Dəstənin Hirudinidae fəsiləsində olan növləri geniş yayılmışdır. Bu zəlilər yaxşı üzmək qabiliyyətinə malik olub, yumurtalarını torpağa qoyurlar. Fesilənin xarakterik nümayəndələrindən biri at zəlisidir (Limnatis nilotica). At zəlisinin uzunluğu 8–10 sm, eni l-1,5 sm-dir. Bədənin üzəri sarı və qəhvəyi rənglərin qarışığı olan yaşıl rəngdə, qarın hissəsi isə açıq-yaşıl rəngdədir. Bu növ orta Asiyanın, Qazaxıstanın , Zaqafqaziyanın şirin su hövzələrində geniş yayılmışdır. At zəlisi insanda və heyvanlarda limnatioz xəstəliyi törədir. Tibb zəlisindən fərqli olaraq, at zəlisi tez-tez qidalanır, gündə bir neçə dəfə qan sorur. Limnatis sahibinin selikli qişasına yapışaraq ağır xəstəlik törədir, və çox vaxt bu xəstəlik ölümlə nəticələnir. Sahib su içərkən qəbul olunmuş zəli dodağa, diş ətinə, udlağa, dilə, qida borusuna yapışır. Həmçinin zəli qırtlaq yarığı ətrafına, qırtlağa , burun dəliklərinədə yapışa bilir. Sahibin tənəffüs yollarında zəlinin uzun müddət qalması tənəffüsün çətinləşməsinə səbəb ola bilər. Sahibin çoxlu qan itirməsi eyni zamanda orqanizmi də zəiflədir. Limnatis turkestanica Orta Asiyada rast gəlinir. Su içərkən zəli sahibinin burun-udlağına daxil olaraq , orada qanla qidalanır. Bu nahiyədə güclü qıcıqlanmaya və qanaxmaya səbəb olur ki, zəli oradan cərrahiyə əməliyyatı ilə çıxardılır. Şri-Lankanın cəngəlliklərində , Hindistanda, İndoneziyada Haemodipsa cinsindən olan quruda yaşayan zəlilər geniş yayılmışdır. Bu zəlilər quru yerlərdə, otların arasında və yarpaqların altında gizlənərək, insanlara və heyvanlara hücum edirlər. Yalançı at zəlisidə geniş yayılmışdır. Yalançı at zəlisi tibb zəlisinə bənzəyir. Uzunluğu 10–15 sm –dir. Bel tərəfi tünd-boz və ya qara-sarımtıl rəngdə, qarın hissəsi isə sarımtıl – boz və ya bozumtul-yaşıl rəngə çalır. Həmçinin yalançı at zəlisi sahibin bədəninə yapışsa da , dərini kəsmir və qanla qidalanmır.[1]

Mənbə

B.İ.Ağayev, Z.A.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh

Həmçinin bax

İstinadlar

  1. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh.233

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!