"İmtiyaz" medalı (Osmanlı imperiyası)

"İmtiyaz" medalı
‏امتياز نشانی

Ölkə Osmanlı imperiyası
Tip Medal
Kimə verilir
1882-ci ildən etibarən Osmanlı hərbi və mülki şəxslərinə, I Dünya müharibəsi zamanı isə yalnız alman hərbçilərinə verilmişdir.
Status Təqdim olunur
Statistika
Təsis tarixi 1882
Ardıcıllıq
Yüksək mükafat Yoxdur
Aşağı mükafat "Ləyaqət" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"İmtiyaz" medalı və ya "İmtiyaz" nişanı (Osmanlı türkcəsi: ‏امتياز نشانی) — Sultan II Əbdülhəmid dövründən 1882-ci ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medal.[1]

Haqqında

Qızılgümüş olmaqla iki növdən ibarət olmuşdur. Qızıl medal müharibələrdə ən yüksək cəsarət göstərən Osmanlı hərbçilərinə verilirdi. I Dünya müharibəsi zamanı verilən medallarda çarpaz qılınc və üzərində verildiyi ilin yazıldığı sancaq olurdu. Məcidiyyə nişanında olan Sədaqət, Hamiyyət, QayrətŞücaət kəlimələri bu medalda da var idi. Medal xarici hərbçilərə verilməmişdir. Lakin bunun tək istisnası I Dünya müharibəsi zamanı alman hərbçilərə verilməsidir. Medal birbaşa Sultan və ya onun adından hər hansısa yüksək vəzifəli dövlət rəsmisi tərəfindən verilirdi. Sahibinin ölümündən sonra medal sahibinin varislərinə keçə bilməzdi.[2]

Həmçinin bax

İstinadlar

  1. Edhem, Eldem. İftihar ve İmtiyaz : Osmanlı Nişan ve Madalyaları Tarihi. İstanbul. 2004.
  2. Erüreten, Metin. Osmanlı madalyaları ve nişanları. Belgelerle tarihi. İstanbul. 2001.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!